Mağazalardan oğurluq edənlər tutuldu

Göygöldə mağazalardan oğurluq edən şəxslər saxlanılıb.


APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Rüstəmov və Sahib Hüseynov tutulublar. 


Onların ötən il ərzində rayon ərazisindəki 3 mağazanın dam örtüyünü deşərək oradan ümumilikdə 12 min manat dəyərində olan tütün və gündəlik tələbat mallarını oğurladıqları müəyyən edilib. Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu APA TV 
 

Müəllif | Apa.Tv
Apa.tv