Mağazanın tavanını söküb, seyfdən pul oğurladı

İmişlidə seyfdən pul oğurlayan şəxs saxlanılıb.


DİN mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazaların birindəki seyfdən 12800 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.


Müraciətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.

 

H.Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv