Magistral su kəmərində qəza baş verdi, Bakı-Qazax yolunu su basdı

Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.

 

Bu barədə APA TV-yə "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

 

Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir.

 

Qeyd edək ki, baş verən hadisə nəticəsində avtomobillərin hərəkətində problemlər yaranıb.

 

Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, "Azərsu" ASC birlikdə tədbirlər görür.

 

Müəllif | Apa.Tv
Apa.tv