Magistral su kəmərində qəza baş verib

Kür-Bakı magistral su kəmərində qəza baş verib. Su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

 

"Azərsu" ASC-dən verilən məlumata görə, əraziyə qəza briqadaları və xüsusi texnika cəlb olunub.

 

Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Müəllif | Apa.Tv
Apa.tv