Mahsun Kırmızıgülün oğlu güllələndi
Türkiyəli müğənni-rejissor Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgül yaralanıb.
Türkiyə mətbuatı yazır ki, hadisə Yeni il gecəsi baş verib.
Məlumata görə, Mahmut Kırmızıgül İstanbulda yerləşən restoranların birində istirahət edirmiş.
Məkanda qəfil atəş açılıb. Güllə Mahmut Kırmızıgülün çiynini sıyırıb.
Hadisə ilə bağlı araşdırma aparılır.