Mal-qara oğruları tutuldu – İSMAYILLIDA

İsmayıllıda mal-qara oğurlayan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayonun Qəzli və Quşencə kənd sakinləri olan 4 nəfər onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması barədə Polis Şöbəsinə məlumat veriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin, rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrəfil Alızadə olduqları müəyyən edilib.

Saxlanılan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv