Mal-qara otaran kənd sakini minaya düşdü - TƏRTƏRDƏ

Tərtərdə mülki şəxs minaya düşüb.

 

APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv