Mal-qaranı örüşə aparırdı, qatar vurdu

Ağstafa rayonunda qatar sakini vuraraq öldürüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 52 yaşlı Mətanət Əliyeva mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv