Malatyadakı azərbaycanlı tələbələri tapa bilmirlər
“Malatyadakı tələbələrdən xəbər ala bilmirik. Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir”.
APA xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib. Onun sözlərinə görə, tələbələri tapa bilmirlər:
“Deyir qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur”.