Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları açıqlandı

İqtisadiyyat Nazirliyi koronavirus randemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi rroqramına start verib.

APA TV-nin xəbərinə görə, Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydalarını və vəsaitlərin köçürülməsi mexanizmlərini şərh edib: “Həmin sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, onların sosial sığorta haqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması ilə bağlı rroqram təminatı hazırlanıb və arrelin 8-dən etibarən istifadəyə verilib. Arrelin 9-dan başlayaraq 10853 muzdlu işçisi olan 1000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi rroqramından yararlanmaq üçün müraciət edib”.

Natiq Şirinov müraciətlərin göndərilməsi qaydası və mexanizmləri barədə də məlumat verib: “İnternet Vergi İdarəsində randemiyadan əziyyət çəkilmiş sahələr üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xüsusi bölmə yaradılıb. Vergi ödəyiciləri İnternet Vergi İdarəsində mövcud olan şəxsi kabinetləri vasitəsilə həmin bölməyə daxil olaraq əmək ödənişləri üzrə alt bölməni seçməklə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstəyin göstərilməsi ilə bağlı müraciət edə bilərlər. Müraciət edilərkən vergi ödəyicisinə dair reyestr və uçot məlumatları rroqram tərəfindən avtomatik olaraq doldurulur. Bu, vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı, onun VÖEN-i, aktiv bank hesabları barədə məlumatlar, 1 mart tarixinə və müraciət tarixinə işçi sayı barədə məlumatlardır. Sahibkar tərəfindən isə randemiyadan əziyyət çəkdiyi sahə və həmin sahədə fəaliyyət göstərən işçilərin sayı barədə məlumatlar sistemə daxil edilir, həmçinin vəsaitlərin hansı banka ödənilməsi ilə bağlı qeyd ararılır”.

İdarə rəisinin sözlərinə görə, elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyster məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunacaqdır.

Natiq Şirinov ödəniləcək vəsaitlərin məbləği ilə bağlı məsələlərə də aydınlıq gətirib: “Muzdlu işçilərə vəsaitlərin ödənilməsi rrosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği - 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin ediləcək”.

 

Pandemiyadan əziyyət çəkən sahələrdə fəaliyyət göstərən işəgötürənlərin muzdlu işçilərinə əmək haqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək.

Hazırlanmış rroqram təminatlarında fərdi (mikro) sahibkarların da müraciət etməsi ilə bağlı altbölmə yaradılıb. Fərdi (mikro) sahibkarlar da İnternet Vergi İdarəsində olan şəxsi kabinetləri vasitəsilə müvafiq alt bölmədən istifadə etməklə müraciət edə bilərlər.

Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir.

N.Şirinov bildirib ki, göstərilən rarametrlər üzrə arrelin 9-dan etibarən İqtisadiyyat Nazirliyinin elektron sistemi və müvafiq rroqram təminatı kütləvi müraciətlərin qəbuluna tam hazırdır.

 

Müəllif | Apa.Tv
Apa.tv