Marşrutda qadının pulunu oğurlayan keçmiş məhkum yaxalandı - SUMQAYITDA

Sumqayıtda marşrutda qadının çantasından pul oğurlayan şəxs saxlanılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Şəhər sakini Nərgiz Abbasova Polis İdarəsinə müraciət edərək ona məxsus 860 manat pulun marşrutda oğurlandığını bildirib.

 

Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirən polis əməkdaşları hadisəni törədən   41 yaşlı Ceyhun Əhmədlini saxlayıb.

 

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda və yerlərdə vətəndaş Ülkər Məmmədovadan 50 manat pul və dəyəri 350 manat olan mobil telefon, Lalə İbrahimovadan 1 ədəd telefon, Şəmrur Səlimovadan 640 manat pulu oğurlayıb.

 

Saxlanılan Ceyhun Əhmədli törətdiyi əməli etiraf edir: “Burda 25 nömrənin içində xanımdan pul qabını götürdüm, düşdüm mağazanın arxası ilə fırlanıb keçdim parkda oturacaqda oturdum. Pulqabıdan pulu götürdüm. İçərisində olan digər əşyalar, telefonu və kartları atdım. Sonra Polis əməkdaşları 9-cu mikrorayonda məni tutdu”.

 

Qeyd edək ki, Ceyhun Əhmədli bundan öncə 8 dəfə məhkumluq həyatı yaşayıb. Törətdiyi əməldən peşman olduğunu deyən Ceyhun Əhmədli ailəlidir və bir övladı var.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir

Müəllif | Apa.Tv
Apa.tv