Masallı, Cəlilabad və Astarada daha 4 koronavirus xəstəsi yaşayış yerini tərk edib
Masallı, Cəlilabad və Astarada polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə koronavirusa yoluxmuş daha 4 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı rayon sakini Ziyadxan Rəhimov, Astara rayon sakini Əli Əkbərov, Cəlilabad rayon sakinləri Yavər Şirəliyev və Fuad Ağayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi məlum olub və onlar ictimai yerlərdə aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.