Masallı sakini istifadəsiz tikilini görün nə məqsədlə istifadə edirmiş

Masallı sakini narkotikə görə saxlanılıb. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Lətif Bağışov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 540 qram marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı Lətif Bağışovun Masallı şəhəri ərazisindəki istifadəsiz tikilidə gizlətdiyi ayrı-ayrı bükümlərdə qablaşdırılmış, ümumilikdə, 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv