Masallı və Lənkəranda zələlə oldu – APA TV
Masallıda 3,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə APA TV-yə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub” deyə Mərkəzin məlumatında qeyd olunub.
Yerli vaxtla 00:58-də qeydə alınan yeraltı təkanların ocağı 18 km dərinlikdə olub.