Masallıda 5 nəfər saxlanıldı – QANUNSUZ OV ETDİKLƏRİNƏ GÖRƏ

Masallıda qanunsuz ov edənlər saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində Qızılağac kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Fərasət Əzizov, Şakir Əzizov, Tofiq İbrahimov, Əlihüseyn Əliyev, Şıxəli Əliyev yaxalanıblar. Onlardan qanunsuz olaraq ovladıqları 22 ədəd çöl quşu aşkar edilib.

Fərasət Əzizov və Şakir Əzizov barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Digər 3 nəfər isə cərimə olunublar.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv