Masallıda 9 kəndə xidmət edən bağça uçmaq üzrədir

Masallı rayonunun Hişgədərə kəndində valideynlər uşaqlarını bağçadan çıxarıb başqa kəndlərə aparır. Valideynlər bildirir ki, kəndin uşaq bağçasındakı şəraitsizlik onları bu addımı atmağa məcbur edib. Bu da onlar üçün həm maddi cəhətdən, həm də vaxt baxımından çətinlik yaradır. Əvvəllər bağçada 110 uşaq olmaqla 6 qrup fəaliyyət göstərib. Binanın korpuslarından biri qəzalı vəziyyətdə olduğuna görə bağlanıb, uşaqların sayı isə günü-gündən azalır. Buna görə də hazırda bağçada 75 uşaq olmaqla, 4 qrup fəaliyyət göstərir.

Masallı rayonu üzrə təhsil sektorunun nümayəndələri bağçada olub, bağçanın şəraiti ilə maraqlanıblar. Burada təlim şəraitinin qeyri – qənaətbəxş olduğu müəyyən edilib.

Qeyd edək ki, Masallı rayonun Hişgədərə kənd körpələr evi uşaq bağçası 1983 – cü ildə tikilib istifadəyə verilib. Hişgədərə kənd uşaq bağçası 9 kəndə xidmət edir. Burada uşaqların təlim – tərbiyəsi ilə 23 müəllim məşğul olur.

Müəllif | Apa.Tv
Apa.tv