Masallıda ağır qəza: Həkimlər yaralını xilas edə bilmədilər
Masallıda avtomobilin vurduğu 62 yaşlı piyada, xəstəxanada ölüb.
Piyadanın ölümü ilə nəticələnən yol qəza hadisəsi Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində baş verib.
65 yaşlı Əlibaba İmanov idarə etdiyi "UAZ 469" markalı avtomobillə hərəkətdə olarkən piyada, 62 yaşlı Zəfər Ağayevi vurub.
Xəsarət alan piyada Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yaralı Zəfər Ağayev Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib. Həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.