Masallıda ata və oğlu güllələndi – QONŞULARI TƏRƏFİNDƏN

Masallıda 54 yaşlı kişi qonşusunu və onun oğlunu güllələyib.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qonşular arasında güllələnmə hadisəsi rayonun Əhmədli kəndində baş verib.

 

Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərov aralarında yaranmış mübahisə zamanı qonşuları 1989-cu il təvəllüdlü Vüqar İsmayılov və onun atası, 1960-cı il təvəllüdlü Valeh İsmayılova ov tüfəngindən atəş açıb. Güllə yarası alan hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Biri qol, digəri isə diz nahiyəsindən xəsarət alan ata və oğlun vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hafiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv