Masallıda avtomobil kanala aşdı – ÖLƏN VƏ XƏSARƏT ALAN VAR

Masallıda avtomobil kanala aşıb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Ərkivan qəsəbəsi ərazisində "Niva" markalı avtomobil yoldan çıxaraq suötürücü kanala aşıb.

 

Hadisə zamanı maşının sürücüsü 1988-ci il təvəllüdlü Müşviq Kərimov su kanalında boğularaq ölüb.

 

Onun meyiti FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qəza zamanı xəsarət alan sərnişin 1996-cı il təvəllüdlü Taleh Kərimli isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


 

 

Müəllif | Apa.Tv
Apa.tv