Masallıda dağda köməksiz qalan şəxs xilas olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Ərkivan qəsəbəsində 1 nəfərin dağlıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin mürəkkəb relyefli ərazidə keçirdiyi xilasetmə əməliyyatı nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv