Masallıda evdən məişət əşyaları oğurlayan şəxslər tutuldu – BİRİNDƏN HEROİN DƏ AŞKARLANDI

Masallıda həmkəndlisinin evindən oğurluq edən şəxslər saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Təzəkənd kəndinin sakini Sarvan Ağayevə məxsus yaşayış evindən ümumi dəyəri 2500 manat olan soyuducu, paltaryuyan, su qızdırıcısı və 3 ədəd xalçanın oğurlanması ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri Elçin Şükürov və Fərid Fətullayev saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə heroin də aşkarlanıb. Oğurlanan məişət əşyaları da onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv