Masallıda evdən oğurluq edən şəxslər həbs edildi
Masallıda tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb.
APA TV-nin cənub bürosundan verilən məlumata görə, rayonun Sığıncaq kənd sakini Şahin Sarxanlıya məxsus yaşayış evindən gecə saatlarında dəyəri 5600 manat olan 2 ədəd televizorun, 1 ədəd mikrodalğalı soba və digər elektrik avadanlıqlarının oğurlanması ilə bağlı polisə müraciət edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sığıncaq kənd sakini Elbrus Kazımov və Cəlilabad rayonunun Göytəpə şəhər sakini Həsənağa Abızadə saxlanılıb.
Oğurladıqları 2 ədəd televizor onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV