Masallıda futbol oynayan şəxslər cərimələndi
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallıda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər.
Belə ki, epidemiya əleyhinə rejimin qaydalarını pozan 7 nəfərin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb. Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.
Tural Kərimov
Rövşən Əzimov
APA TV