Masallıda gənclər hərbi xidmətə yola salındı
Masallı gəncləri təntənəli şəkildə milli ordu sıralarına yola salınıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, yolasalma mərasimində icra hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, çağırışçılar və onların doğmaları iştirak edib.
Tədbirdə çıxış edənlər ordumuzda böyük ruh yüksəkliyi olduğunu, torpaqlarımızın işğaldan azad olunmasında yeni çağırılan əsgərlərimizin də böyük rolunun olacağına əminliklərini bildirərək, onlara uğurlar arzulayıblar:
- Çox sevinirəm, inşallah torpaqlarımız azad olunacaq. Şərəfli Azərbaycan Ordusu var. Mən də fəxr edirəm ki, Azərbaycan Ordusuna qulluq etməyə gedirəm. Yaşasın Azərbaycan əsgəri.
- Bu gün öz oğlumu böyük ruh yüksəkliyi ilə yola salıram. Bu gün hərbi xidmətə gedənlər hamısı mənim övladımdır. Ali Baş Komandana inanıram, inşallah qələbə bizimlə olacaq, uşaqlar sağ-salamat gedib, sağ-salamat geri dönəcəklər.
- Mən bir ana kimi bu gün öz övladımı hərbi xidmətə yola salıram. Bütün analar kimi mən də qürur duyuram. O gün olsun qələbə ilə qayıtsınlar. Allah bütün hərbiçilərimizi, əsgərlərimizi qorusun.
Vətənin müdafiəsini mənəvi borc bilən gənclərimiz üçün məktəblilər qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.
Daha sonra çağırışçılar müqəddəs Azərbaycan Bayrağını öpərək ordu sıralarına yola düşüblər.
Tural Kərimov
Rövşən Əzimov
APA TV