Masallıda keçmiş məhkumdan 2 kq-dan artıq narkotik götürüldü

Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmşir Məmmədov saxlanılıb.

 

Müstəntiq Cavid Qulamovun sözlərinə görə, keçirilən şəxsi axtarış zamanı onun üzərindən 27 qram narkotik vasitə tiryək aşkarlanıb: “Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Şəmşir Məmmədovun yaşadığı evə baxış keçirilən zaman oradan 2 kiloqram 170 qram tiryək aşkarlanaraq götürülüb”. 

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv