Masallıda mağazadan oğurluq edən əmioğlular yaxalandı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları mağazadan oğurluq edən iki əmioğlunu saxlayıb.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı şəhər sakini polis şöbəsinə müraciət edərək ona məxsus ərzaq mağazasından ümumilikdə dəyəri 5420 manat olan tütün məmulatlarının və həmin mağazada saxladığı qızıl zinət əşyalarının oğurlandığını bildirib.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxslərin - rayon sakinləri Elvin Kərimov və onun əmisi oğlu, əvvəllər məhkum olunmuş Bəxtiyar Kərimovun oğurluq etdikləri məlum olub.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv