Masallıda maşının vurduğu velosipedçi öldü

Masallıda 38 yaşlı velosipedçini maşın vuraraq öldürüb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Boradigah qəsəbəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Mahir Vəlizadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun kənarında olan velosipedçi, 1982-ci il təvəllüdlü Elnur Zülfüqarovu vurub.

Yaralı ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv