Masallıda minik maşınları toqquşdu – İKİ ÖLÜ, İKİ YARALI VAR

Masallıda 3 maşın toqquşub, 2 nəfər dünyasını dəyişib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ərkivan qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Zaur Talıbov “KIA” markalı avtomobillə əks istiqamətə çıxaraq ötmə əməliyyatını edərkən 2001-ci il təvəllüdlü Ümid Əşrəfova məxsus “Mercedes”lə toqquşub.

Zərbənin təsirindən “Mercedes” markalı avtomobil əks yola çıxaraq rayonun Qodman kənd sakini, 1970-ci il təvəllüdlü Kənan Hatəmovun idarə etdiyi “VAZ 2107”-yə çırpılıb.

Qəza nəticəsində Kənan Hatəmov və onun sərnişini, 1982-ci il təvəllüdlü Ağan Alışov hadisə yerində ölüb.

"VAZ 2107"-də olan digər sərnişinlər, 1955-ci il təvəllüdlü Tahirə Əliyeva və 1974-cü il təvəllüdlü Hədiyyə Əliyeva isə ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv