Masallıda mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb
Masallıda yanğın qeydə alınıb. APA TV xəbər verir ki, yanğın rayonun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verib. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.