Masallıda qətl hadisəsi baş verib
Masallı rayonunda qətl hadisəsi baş verib. Təklə kənd sakini 47 yaşlı Yalçın Məmmədov, həyat yoldaşı 44 yaşlı İlkanə Məmmədovaya bıçaqla xəsarət yetirərək, qətlə yetirib. Qətlin, ər və arvad arasında yaranmış mübahisə zəminində baş verdiyi bildirilir. Qızın atası bildirib ki, ailə arasında hər hansı bir xoşagəlməz hal yaşanmayıb. İlkanənin Yalçının əqrəbələri yanında yaxşı hörməti olub. Elə Yalçın özü də qaynatasıgillə yaxşı münasibətləri olub. Hadisəni törədən Yalçın Məmmədov İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra özünə də xəsarət yetirib. O, Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkanə Məmmədovanın meyiti, daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbi məlum olacaq. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Masallı