Masallıda sürüşmə aktivləşdi, bir kənd təhlükədədir

Masallı rayonunun Rüdəkənar kəndində torpaq sürüşməsi aktivləşib.

 

Son günlər qarın əriməsi, yağan yağış sürüşməni daha da intensivləşdirib. Sürüşmə, sakinlərin torpaq sahələrinin, meyvə ağaclarının məhv olmasına səbəb olur. Hazırda 15-ə yaxın ev təhlükə altında qalıb.

Vətəndaşlar bildirir ki, bir neçə il əvvəl əraziyə baxış keçirilib, çay axarının istiqamətinin dəyişdirilməsi və sürüşən torpaq qatının qarşısının alınması üçün panellər qoyulması ilə bağlı qərar verilib.  Amma bu günə kimi çay ətrafında heç bir iş görülməyib.

Viləşçay su anbarı istismar idarəsinin rəisi Rusif Kərimov bildirib ki, artıq layihə hazırlanıb, aidiyyəti üzə təhvil verilib.

İdarə rəisi qeyd etdi ki, sənədlər təsdiq olunduqdan sonra ərazidə beton istinad divarı çəkiləcək. Bu da torpaq qatının sürüşməsinin qarşısını alacaq.

 

Qeyd edək ki, ərazidə aktiv sürüşmə 2012 – ci ildən başlayıb.  

Müəllif | Apa.Tv
Apa.tv