Masallıda yas mərasimi keçirənlər həbs edildi
Masallıda karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər məsuliyyətə cəlb edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək, karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.
“Masallı rayonunun Ərkivan qəsəbəsində əmim gəlininin yas məclisində iştirak edib karantin qaydalarını pozduğuma görə saxlanılmışam. Bir də belə hərəkət edib karantin qaydalarını pozmayacağam”.
Yas mərasimi keçirənlərdən 3 nəfər Masallı Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilərək cərimə olunublar.
Tural Kərimov
Rövşən Əzimov