Masallıda yaşayış evindən 3 kiloqramdan artıq narkotik tapılıb
Masallıda yaşayış evindən 3 kiloqramdan artıq narkotik tapılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Nəticədə şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş İqbal Ağayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilib və oradan aşkar edilən narkotik vasitələr maddi sübut kimi götürülüb.
Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.