Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlandı

Masallıda koronavirus daşıyıcısı karantin postundan keçmək istəyərkən saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon sakinləri Sahib Mehdiyev, Laçın Kərimov və Əkbər Əkbərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. Əkbər Əkbərov və Sahib Mehdiyev şəhər ərazisində, Laçın Kərimov isə karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postdan keçmək istəyərkən saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv