Masallıda yol qəzasında 2-si azyaşlı olmaqla 5 nəfər xəsarət alıb

Masallıda qəza baş verib, xəsarət alanlar var.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini Ümid Tağıyevin idarə etdiyi "Hundai" markalı avtomobil ilə Çaxırlı kənd sakini, 1973-cü il təvəllüdlü Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan sürücü ilə birgə sərnişinlər, 1962-ci il təvəllüdlü Əhliman Kərimov, 1995-ci il təvəllüdlü Leyla Kərimova və 2017-ci il təvəllüdlü Aylin Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı


 

Müəllif | Apa.Tv
Apa.tv