Masazırda gənc oğlan özünü niyə öldürmək istədi? - SƏBƏB

Abşeron rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

 

APA TV xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib. Ad və soyadı hələlik bilinməyən kişi qəsəbə ərazisindəki tikinti şirkətlərinin birinə gəlib. O, burada krana çıxaraq özünü öldürməyə çalışır.

 

Hazırda hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub. Onun xilas edilməsi üçün tədbirlər görülür.

 

Lent.az-ın məlumatına görə, həmin şəxsin bu addımı atmasının səbəbi məlum olub. Belə ki, özünü öldürmək istəyən gənc oğlanın sevgilisi ona xəyanət edib. O da bu səbəblə krana çıxaraq özünü öldürmək istəyir.

 

Müəllif | Apa.Tv
Apa.tv