Masazırda vətəndaşı döyüb, külli miqdarda pulla ÖLKƏDƏN QAÇMAQ İSTƏDİLƏR

Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçirilib.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hava limanında 3 Şri-Lanka vətəndaşı saxlanılıb. Məlum olub ki, onlar həmyerliləri, 1996-cı il təvəllüdlü Pathira Dinuka Nishanthanın şikayəti əsasında tutulublar.

 

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, sentyabrın 21-də gecə saat 23 radələrində Şri-Lanka vətəndaşları-1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 2000-ci il təvəllüdlü Sedara Munasinghe və 1992-ci il təvəllüdlü Dinesh Geethackarige D.Pathiranı Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış massivindəki evdə döyüblər. Onlar həmin şəxsin 3 min dollarını, içində 1400 dollar olan kartını, 1 milyon rupi olan digər kartını və dəyəri 2 min dollar olan mobil telefonunu götürərək uzaqlaşıblar.

 

26 yaşlı Dinuka Pathiranın şikayətindən sonra əməliyyat keçirilib və həmin şəxslər ölkədən çıxmaq istəyərkən saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv