Maşın inəyi vurub yoldan çıxdı, iki azyaşlı öldü

Şəkidə ağır yol qəzası baş verib.

Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-21013" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza zamanı Çayqaraqoyunlu kənd sakinləri 2016-cı il təvəllüdlü Elşad Mikayıl oğlu Həşimov və 2013-cü il təvəllüdlü Çiçək Cəmil qızı Əhmədova hadisə yerində ölüb.

Hadisə nəticəsində avtomobilin sürücüsü rayonun Çayqaraqoyunlu kənd sakini  Elçin Məmmədov, avtomobildə olan  sərnişinlər -  Rəqsanə İbrahim qızı Quliyeva, Günay Şəfaqət qızı Həşimova, Gülay Cəmil qızı Həşimova, Cəlil Cəmil oğlu Əhmədov və  Elif Mikayıl qızı Həşimova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.  Yaralılardan Rəqsanə Quliyeva və Cəlil Əhmədovun müalicəsi xəstəxanada davam etdirilir. Digər yaralılara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Şəkidə baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslər iki ailənin üzvləridir. Onlar rayonun Bideyiz kəndindən yaşadıqları Çayqaraqoyunlu kəndinə qayıdırlarmış.

Müəllif | Apa.Tv
Apa.tv