Maşın körpüdən aşdı: ölənlər var
Lənkəranda ağır yol qəzası baş verib.
Qəza Lənkəran-Lerik yolunda, Əşlə kəndi ərazisində qeydə alınıb.
Rayonunun Sirəbil kənd sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkət olarkən, körpü üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, Sirəbil kənd sakini Şəmsi Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüblər.
Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. İlkin versiyaya görə, qəzaya yolun qarlı olması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.