Maşın sahibi ilə usta arasında dava düşdü – BİR NƏFƏR BIÇAQLANDI
Gəncədə bıçaqlanma hadisəsi olub.
APA TV-nin yerli bürosunu xəbərinə görə, hadisə şəhərin Şəddadilər küçəsində yerləşən avtomobil təmir sexlərinin birində qeydə alınıb.
Daşkəsən rayon sakini, 38 yaşlı Elnur İsmaylov avtomobilini sözügedən sexlərin birində təmirə verib. Bir neçə gün keçməsinə baxmayaraq, avtomobil təmir olunmayıb.
Bu gün günorta saatlarında usta ilə avtomobil sahibi Elnur İsmayılov arasında mübahisə düşüb. Nəticədə usta avtomobil sahibini bıçaqlayıb. Yaralı dərhal Gəncə şəhər Təcilli Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, cinayəti törədənin saxlanılması istiqamətinə əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV