Maşında odun yığmaq istədi, yıxılaraq öldü

İsmayıllı bədbəxt hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quşencə kəndi ərazisindəki meşə sahəsində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü İmran Cəbiyev həmyerlisi Teymur Mütəllimova məxsus "QAZ 52" markalı yük avtomobilinə odun yığarkən 3 metr hündürlükdən yerə yıxılıb. Baş və boyun nahiyəsindən ağır xəsarətlər alan İmran Cəbiyev hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv