Maşınını təmir edən Şəki sakini xəstəxanada öldü - SƏBƏB

Şəkidə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA TV-nin məlumatına görə, şəhərin  A.Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Yunus Kamal oğlu Abdurəhmaov bədəninin müxtəlif hissələrinin küt travması ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub:

Məlum olub ki,  Y.Abdurəhmanov özünə məxsus avtomobili təmir edən zaman maşın onun üstünə düşüb. Nəticədə Y.Abdurəhmanov ağır xəsarətlər alıb. 

Həkimlərin səyinə baxmayaraq, Y.Abdurəhmanov xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Apa.tv