Maştağa sakini saxlanıldı - NARKOTİKLƏ
Bakıda narkotik bitkilər becərən və satışı ilə məşğul olan şəxs ələ keçib.
APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, Sabunçu polisi Maştağa qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində, qəsəbə sakini Cahangir Hüseynov saxlanılıb.
Onun yaşadığı evin zirzəmisinə baxış zamanı ümumi çəkisi 7 kiloqram 400 qram olan qurudulmuş marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və bir müddət əvvəl həyətində əkdiyini, xüsusi qulluq edərək yetişdirəndən sonra qurutduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.