Maştağada yaşayış evi yandı
Bakının Sabunçu rayonu ərazisində yanğın baş verib.
APA TV-nin məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Fərdi evlərdən birində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Yanğının digər evlərə keçməsinin qarşısı alınaraq alov söndürülüb.