Mayis Bərxudarov: “Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq”
“Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir".
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov deyib.
"Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”, - deyə general-mayor əlavə edib.