“Maykada maşın sürərlər?” deyən inspektor işdən çıxarıldı
Bakıda “Düş, söhbət edək, maykada maşın sürərlər?” deyən yol polisi əməkdaşı tutduğu vəzifəsindən azad olunub.
APA TV xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar. Belə ki, Malik Qasımov işdən çıxarılıb, Elnur İsgəndərov isə şiddətli töhmət alıb.
Qeyd edək ki, məlum videoda özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırmaqla, kameranı söndürməsini, ona maşından düşərək söhbət etməyi təklif edib. Eyni zamanda, polis vətəndaşa: “Düş, söhbət edək, maykada maşın sürərlər?” - kimi sözlər deyib.