Məcburi köçkünlər üçün 108-ci qəsəbə istifadəyə verildi

Kürdəmirdə  məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib.

APA TV-nin yerli bürosunun məlumatına görə,  tikinti işlərinə 2019-cu ilin may ayında başlanıb.

 

Yeni yaşayış kompleksində hər biri 4 mərtəbəli olmaqla 17 yaşayış binası inşa edilib. Kompleksə daxil olan mənzillərdən 44-ü birotaqlı, 236-ı ikiotaqlı, 228-i üçotaqlı, 56-ı dördotaqlıdır. Burada məktəb, uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası və həkim məntəqəsi tikilib.
 

Bu kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.


Müasir elektrik təchizatı kompleks ərazisinin işıqlandırılmasını təmin eir.


Yaşıllaşdırma işləri daxil, sakinlərin içməli su təchizatını təmin etmək üçün bütün işlər görülüb.
 

Qaz, rabitə xətti çəkilib, yeni yol salınıb.

 

Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 108-ci qəsəbədir.

Müəllif | Apa.Tv
Apa.tv