Məcburi köçkünlərin məskunlaşdığı bina yandı – APA TV

 

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında yanğın olub. Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Bundan əlavə hadisə yerinə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası, eləcə də polis əməkdaşları səfərbər edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb. Məcburi köçkünlərin məskunlaşdığı yataqxanadan sakinlər təxliyə edilib. Binada 7-si Qubadlı, ikisi Cəbrayıl, ikisi isə Laçın rayonundan olmaqla ümumilkdə 11 ailə məskunlaşıb.

Həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. Alov ram edilib. Faktla bağlı araşdırma aparılır.

Xədicə Səxavət

Müəllif | Apa.Tv
Apa.tv