Məcburi köçkünlərin yurd həsrətinə son qoyulacağı tarix uzaqda deyil - Sahibə Qafarova
“Dünən Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımızla böyük qürur hissi ilə izlədik”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Türkiyə bu gün də Azərbaycanın yanındadır: “44 günlük savaşda necə siyasi, mənəvi dəstək göstərmişdisə, bərpa prosesində də Azərbaycanın yanındadır. Xalqlarımızın dostluğu və qardaşlığı bizim güc mənbəyimizdir. Zəngilanda verilən mesajlardan biri də o idi ki, biz öz torpaqlarımıza qayıtmışıq. Zəngilanda həyata keçirilən quruculuq işləri də məhz bu məqsədə yönəlmişdi. Bu gün azad edilən ərazilərdə geniş vüsət alan bərpa işləri Böyük Qayıdışın daha da yaxın ayaq səsləridir. Məcburi köçkünlərimizin yurd həsrətinə son qoyulacağı tarix elə də uzaqda deyil".