Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri həbs edildi

Bu gün Səbail rayon Məhkəməsində Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

APA TV-nin məlumatına görə, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar. Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad edilib.

Müəllif | Apa.Tv
Apa.tv